Bu gün:


Ağ Ev: Ukraynaya hərbi yardım dayandırılmayacaq

Tarix: 19.06.2021 / 10:27  •   Oxundu: 193 dəfə  •  

Ukraynaya hərbi yardımın dayandırılacağı cəfəngiyyatdır.

İDEAL Media.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

“Bizim Ukraynaya təhlükəsizlik sferasında yardımı dayandırmağımız fikri cəfəngiyyatdır” – deyə o bildirib.

O həmçinin Vaşinqtonun Kiyevə Putin Bayden görüşü ərəfəsində təhlükəsizlik sferasında 150 milyon dollarlıq yardım paketini təqdim etdiyini söyləyib.
Qeyd edək ki, ötən gün "Politika" nəşri ABŞ-ın Ukraynaya 100 milyon dollarlıq hərbi yardım paketini müvəqqəti olaraq dayandırdığı barədə məlumat yayıb.