Bu gün:


Nazirin vəzifə verdiyi xanım bu deputatın həyat yoldaşı imiş

Tarix: 19.06.2021 / 14:26  •   Oxundu: 476 dəfə  •  

Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Günay Qurbanova Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İnkişaf layihələri sektorunun müdiri vəzifəsinə təyin edilib.

Nazirin vəzifə verdiyi xanım, deputat Sadiq Qurbanovun həyat yoldaşıdır.

O, Bakı şəhər İcra Hakimiyyətindəki vəzifəsindən bu ilin iyun ayının 3-də istefa verib. Günay Qurbanova 16 gün işsiz qaldıqdan sonra yeni vəzifəyə təyin edilib.