Bu gün:


18 tonluq bombanı partlatdılar

Tarix: 21.06.2021 / 13:23  •   Oxundu: 176 dəfə  •  

ABŞ donanması Atlantik okeanında ağırlığı 18 ton olan bombanı sınaqdan keçirib.

İDEAL Media.az xəbər verir ki, bombanın partlaması təyyarədaşıyan”USS Gerald R. Ford” gəmisi ilə yaxından izlənilib. Məlumata görə, partlayış 3,9 bal gücündə zəlzələ effekti yaradıb. Suda iri axın əmələ gəlib. Bombanın növü və göstəriciləri barədə məlumat verilməyib.

Bildirilir ki, testin məqsədi mümkün müharibə zamanı partlayışın törədəcəyi fəsadları müəyyən etməkdir.