Bu gün:


Lavrov ATƏT sədri ilə görüşdü: Qarabağ müzakirə edilir

Tarix: 21.06.2021 / 17:11  •   Oxundu: 134 dəfə  •  

ATƏT-in baş katibi Helqa Şmidtlə çoxlu məsələləri, o cümlədən Qarabağı müzakirə edəcəyik.

İDEAL Media.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Lavrov Şmidtlə görüş zamanı bildirib.

“Sizin Rusiyada olduğunuz müddətdəki digər tədbirləriniz çərçivəsində ATƏT-in cari fəaliyyəti ilə bağlı geniş fikir mübadiləsi aparacağımıza ümid edirəm. Həmçinin ATƏT-in nizamlanması ilə məşğul olduğu konfliktləri müzakirə edəcəyimizi güman edirəm. Söhbət Ukrayna daxili, həm Qarabağ, həm Dnestryanı, həm Cənubi Qafqaz üzrə Cenevrə danışıqlarından gedir. Deyildiyi kimi, üzərində işləyəcəyimiz məsələlər də var”, – Lavrov media önündə Şmidtə müraciətlə deyib.