Xankəndinə İran maşınları axışır: saxta nömrələrlə
Tarix: 22.06.2021 / 15:45 •
Oxundu: 236 dəfə •
Ötən ilin sentyabrın 27-də Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin mövqelərimizi genişmiqyaslı raket-artilleriya atəşinə tutması ilə başlayıb, elə Ermənistan ordusunun darmadağın edilməsi və kapitulyasiyası ilə başa çatan İkinci Qarabağ Müharibəsi həm də yaxın qonşularımızın Azərbaycana münasibətlərinin real təzahürü, sınağı, aşkarlandığı dövr oldu.
Həmin dövrdə əfsuslar olsun ki, İrandan Azərbaycanın Xankəndi şəhərinə aramsız olaraq ağırtonnajlı yük avtomobilləri hərəkət edirdi. Bu avtomobillər İrandan Ermənistana keçir, oradan da Xankəndinə yönəlirdi.
Həmin avtomobillərin yüklərinin nədən ibarət olması barədə nə Ermənistan, nə də İran İslam Respublikası indiyədək rəsmi açıqlama verməyiblər.
Yüklərin bütünlüklə humanitar yardım, ərzaq və ya dərman preparatlarından ibarət olduğunu iddia etmək isə ən azı, sadəlövhlük olardı.
Həmin avtomobillərin hərəkətinin əks olunduğu çoxsaylı foto və videokadrlara rəğmən, rəsmi Tehran hər dəfə olayı qətiyyətlə təkzib edib, baş verənləri "İran-Azərbaycan dostluğuna və qardaşlığına qarşı yönəlmiş məqsədli dezinformasiya, əsassız şayiələr və böhtanlar" qismində dəyərləndirib.
Ötən ilin noyabrın 9-dan 10-a keçən gecə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatla, Ermənistanın kapitulyasiyası ilə Vətən Müharibəsi başa çatandan sonra da İran İslam Respublikasından Ermənistana, oradan da Azərbaycanın hələlik rusiyalı sülhməramlıların operativ-fəaliyyət nəzarətində olan Xankəndi şəhərinə ağırtonnajlı yük maşınlarının hərəkəti dayanmadı.
Sonuncu belə olay may ayının əvvəlində qeydə alındı. İranın dövlət nömrə nişanlı yük avtomobillərin Ermənistandan keçərək Laçın dəhlizi vasitəsilə Xankəndinə yollanmışdılar.
İranlı sürücülərin idarə etdikləri bu yük maşınlarının Azərbaycan ərazisində hərəkətlərinin qeyd olunduğu foto və video görüntülər də var.
Görüntülər yayılandan sonra İranın Azərbaycandakı səfirliyi bəyanat yayaraq bildirmişdi ki, videolar, fotolar və məlumatlar araşdırılacaq.
Bir qədər keçdi, səfirlik nəticəni açıqladı: sən demə, görüntülər və məlumatlar "dezinformasiya" imiş.
Amma...
Əldə etdiyimiz yenir görüntüləri, yeni faktları təqdim edirik.
İyunun 19-u, günorta. İrandan Ermənistana keçmiş ağırtonnajlı yük avtomobilləri yenə Xankəndinə doğru hərəkət edir.
Üzərində İran bayrağı olan 124872 (fars rəqəmləri ilə) ban nömrəli yük maşını dövlət qeydiyyat nömrəsini dəyişərək Ermənistana məxsus 16US195 dövlət nömrə qeydiyyatı ilə Rusiyanın sülhməramlı kontingentinin nəzarətində olan postdan asanlıqla keçərək Xankəndi istiqamətinə hərəkət edir. Üzərində "HAMNAFAS" yazılmış yük maşını axşam saatlarında geri qayıdıb, Ermənistana keçib.