Bu gün:


"Anadolu Qartalı-2021" təlimi başladı

Tarix: 22.06.2021 / 19:12  •   Oxundu: 168 dəfə  •  

Türkiyənin Konya şəhərində “Anadolu Qartalı - 2021” beynəlxalq taktiki-uçuş təlimi başlayıb.

İDEAL Media.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

NATO-nun faktiki iştirakı ilə keçirilən beynəlxalq “Anadolu Qartal-2021” təlimində Azərbaycan, Qətər, Pakistan hərbçiləri iştirak edir. Təlim bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və kombinə əməliyyatlar üçün təlim səviyyələrini artırmaq məqsədi daşıyır.