Bu gün:


"Şəhər qatili" dünyaya qorxu salıb: Suyun dərinliklərinə buraxıldı

Tarix: 28.06.2021 / 16:02  •   Oxundu: 108 dəfə  •  

Rusiyanın bir neçə gün əvvəl istifadəyə verdiyi “Belgorod” adlı sualtı qayıqda 8 ədəd nüvə başlığı var.

İDEAL Media.az xəbər verir ki, bu barədə hərbi mütəxəssislər açıqlama verib.

Uzunluğu 185 metrə çatan “şəhər qatili” adlandırılan gəminin ağırlığı 14 min tondan çoxdur. Gəmi sualtı dronlarla da təmin olunub. Mütəxəssislərin sözlərinə görə, “Belgorod” sahilyanı şəhərləri yerlə bir edə biləcək 100 metr hündürlükdə dalğalar yarada bilir.

Qeyd edək ki, prezident Vladimir Putin gəminin 10 min kilometrdən uzaqda olan hədəfləri yox edə biləcəyini bəyan etmişdi.