Bu gün:


Peters-Türkiyənin bu sualtı qayığı idealdır

Tarix: 03.07.2021 / 11:30  •   Oxundu: 144 dəfə  •  

Piri Rəis" sualtı gəmisi Yunanıstan-Türkiyə gərginliyinin yaşandığı dayaz sular üçün idealdır.

İDEAL Media.az xəbər verir ki, bunu İngiltərənin “Ekonomist” jurnalına hərbi ekspert Yohannes Peters deyib.

Peters qeyd edib ki, "Piri Rəis" dənizdə və quruda olan hədəfləri idarə olunan raketlərlə vurmaq qabiliyyətinə malikdir:
"Dizel elektrikli sualtı qayıqlar suyun altında 2-3 gün qala bilirsə, bu sualtı gəmilər 3 həftə suyun altında qala bilir. Bu gəmilər reaktorları açıq olan, motorları daha çox səs çıxaran sualtı qayıqlarla müqayisədə səssiz işləyir. Bu isə dayaz sular üçün ideal göstəricidir".

Ekspert bu sualtı qayığın Türkiyə üçün zəfər, Yunanıstan üçün isə başağırısı olduğunu qeyd edib.