Bu gün:


Türkiyə Ukrayna üçün hərbi gəmi inşa edir

Tarix: 04.07.2021 / 16:42  •   Oxundu: 90 dəfə  •  

Türkiyədə yeni döyüş gəmisinin istehsalına başlanılıb. Bundan başqa, “Bayraqdar” PUA-ları da yaxın zamanda Ukraynaya göndəriləcək.

İDEAL Media.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Türk dostlarımız da Ukrayna donanmasının inkişafına fəal dəstək verirlər. Dəniz qüvvələrimiz uğurla güclənir. Ukraynanın Türkiyədə inşasına başlanan yeni hərb gəmisi 2023-cü ilə qədər hazır olacaq”, - Zelenski bildirib.

O, həmçinin qeyd edib ki, tezliklə Ukraynaya Türkiyənin “Bayraqdar” PUA-ları da gətiriləcək və Hərbi Dəniz Qüvvələri aviasiyasının heyətinə daxil ediləcək.