Bu gün:


Rusiya: ABŞ-a sərt cavab veriləcək

Tarix: 06.07.2021 / 13:12  •   Oxundu: 80 dəfə  •  

Rusiya ABŞ-ın dost olmayan fəaliyyətlərinə sərt cavab verəcək.

İDEAL Media.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

O, Rusiya ilə güc mövqeyindən yanaşaraq dialoq aparmaq cəhdlərinin uğursuzluğa düçar olacağını bildirib:
“Əgər Vaşinqton həqiqətən stabil və müəyyən oluna bilən münasibətlər istəyirsə, qarşılıqlı fəaliyyətdə düzgün olmalıdır”.