Bu gün:


Fransada İslama qarşı hücumlar 52% artıb

Tarix: 10.07.2021 / 09:30  •   Oxundu: 58 dəfə  •  

İnsan Haqları üzrə Milli Məşvərət Komissiyasının irqçilik, anti-semitizm və milli dözümsüzlüyünə dair yayımladığı sayca 30-cu hesabatında Fransada İslam düşmənçiliyinin kəskin şəkildə artdığı bildirilib.
 
Bu barədə “TRT Haber” məlumat yayıb.
 
Məlumata əsasən, mart ayında keçirilmiş onlayn sorğuya qatılan ölkə sakinlərinin 59%-i İslamı fransız kimliyinə təhdid olaraq qiymətləndirib. Respondentlərin 72%-i miqrantların yalnız sosial müdafiə mexanizmlərindən faydalanmaq üçün Fransaya gəldiklərini qeyd edib.
 
Hesabatda son iki ilin yekunları müqayisə olunaraq, irqçilik zəminində baş vermiş insidentlərin 22%, anti-semitizm səbbindən yaşanan hadisələrin isə 51% azaldığı, əvəzində İslama qarşı yönəlik fəaliyytlərin 52% artdığı bildirilib.