Özünü güllələyən rəislə bağlı cinayət işi başlanıldı
Tarix: 10.07.2021 / 13:59 •
Oxundu: 161 dəfə •
İyulun 9-da Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, Rahib Mirzəyevin özünü xidməti silahı ilə ürək nahiyəsindən 1 dəfə atəş açmaqla öldürməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
Cinayət işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Hazırda iş üzrə istintaq davam edir.
Qeyd edək ki, polis polkovnik-leytenantı Rahib Mirzəyev xidməti otağında dünən səhər saatlarında özünü tabel silahı ilə vuraraq öldürüb.
Rahib Mirzəyev Daxili Təhqiqatlar İdarəsinin sabiq rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.
S. Mirzəyev 2020-ci il iyun ayında təqaüddə göndərilib. Onun bir neçə ildir onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Xatırladaq ki, R. Mirzəyev 2019-cu ildə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə rəis təyin edilib.