Bu gün:


Bakıda üç nəfər dənizdə batdı

Tarix: 10.07.2021 / 17:25  •   Oxundu: 149 dəfə  •  

Bakıda üç nəfər dənizdə boğulub.
Hadisə Şüvəlan çimərliyində qeydə alınıb.

Boğulanların cəsədləri sudan çıxarılıb. İlkin məlumata görə, boğulanlardan ikisi oğlan, biri qızdır. Onlardan biri 1991-ci il təvəllüdlü İbrahim Əliyevdir.

Digərlərinin kimlikləri dəqiqləşdirilir.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazi qadağan olunan, təhlükəli və nəzarətsiz yerdir. Çimərlik mövsümü açılandan həmin nəzarətsiz ərazidə bu, artıq ilk hadisə deyil.