Bakıda “Ukrayna diarəsi”ni su basdı
Tarix: 11.07.2021 / 11:39 •
Oxundu: 155 dəfə •
"Ukrayna dairəsi" yaxınlığında kanalizasiya xəttinin sıradan çıxması nəticəsində daşqın olub və Gəncə prospekti maşınlar üçün keçilməz hala düşüb.
Bu gün səhər saatlarında Bakının Əhmədli qəsəbəsində, Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkının və yeni tikilmiş ASAN xidmət Mərkəzinin yanında, Gəncə prospektində dəhşətli tıxac yaranıb.
İlkin ehtimala görə, tıxaca səbəb kanalizasiya xəttinin sıradan çıxması nəticəsində yolu su basması olub.
Getdikcə artan su səbəbindən yol minik maşınları üçün keçilməz hala düşüb.
Qeyd edək ki, sözügedən ərazidə xüsusilə yağış yağan zaman tez-tez bu hal müşahidə edilir.