Bakının hər küçəsini, hər dalanını icarəyə vermiş başları mədələşmiş icrasız başçıların ənənəvi eyiblərini bu günkiü yağış bir daha deşifrə etdi.
Göz oxşayan yollar və küçələr su axınının olmaması ucbatından insanları və avtomobilləri tıxaca salmışdır. Redaksiyamıza edilən yüzlərlə zənglərlə vətəndaşlar 955, (012) 425 53 50 saylı qaynar xətt adlı ölü qurumlar bir qayda olaraq heç bir telefon zənginə cavab vermir və özü-özünü məğul etməkdədir.
Rüsvayçılıqlar seriyasından biri isə Qubadlı rayonunun Əfəndilər kəndini satıb Sabunçu rayonuna beh verən Adil Vəliyev adlı çoxşaxəli biznesmenin rəhbərlik etdiyi rayonun Y.Əliyev küçəsində yaşayan sakinlər ümumiyyətlə evdən çıxmaq şansı sıfırla sıfır arasında qalmışdır. Su borularının yoxluğu, baş plana uyğun tikilməyən qeyri-konstruktiv tikililər sayəsində vətəndaşın son ümidi qayığa qalsa da, bütün qayıqların hamısı da rüşvətxor məmurlar tərədindən satın alınmışdır. Təkcə insan və vətəndaş hüquq və əsas azadlıqları ilə bağlı deyil, eyni zamanda yol, səki təsərrüfatı mədəniyyəti üzrə heç bir ölkə ilə müqayisə olunmaz Bakımızın kanalizasiya borularına dövlət tərəfindən ayrılan milyonlarını yeyənlər və udanların heçmi xəcalət hissləri yoxdur?
Təkcə Avropanın deyil, qonşu Gürcüstanın relyefi Azərbaycanla müqayisədə daha çox yağmurlu olur, lakin buna baxmayaraq sanki bu ərazidə göydən tökülən yağış, qar sakinlərə salam vermək üçün gəlmişmiş, bir an içərisində görüşür və itir. Bakıda isə abırsız və həyasız rüşvətxor məmurlar kimi göydən yağan yağış insanın cismini və ruhunu isladıb bezdirməmiş əl çəkmir ki, çəkmir.
Müvafiq dövlət qurumu adlı Bakı meri Eldar Əzizova bununla bağlı nə isə demək sadəcə olaraq ağılsızlıqdı.