Bu gün:


"Cim-bom"a hörmətsizlik: Çavuşoğlu Dendiasla danışdı

Tarix: 13.07.2021 / 10:53  •   Oxundu: 77 dəfə  •  

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yunanıstanlı həmkarı Nikos Dendiasla telefon əlaqəsi yaradıb.

İDEAL Media.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, telefon danışığının baş tutmasının səbəbi Afinada "Qalatasaray"a edilən hörmətsizlik olub.

Qeyd edək ki, yerli "Olimpiakos" komandası ilə yoldaşlıq matçı üçün bu ölkəyə səfər edən "Qalatasaray"ın təqdim etdiyi koronavirus testinin etibarlı olmadığını bildirən liman rəsmiləri yeni testdən keçməyi təklif ediblər. Lakin İstanbul komandası bununla razılaşmayıb və Türkiyəyə geri dönüb.