Bu gün:


Çin Bakının Qarabağdakı taktikasından istifadəyə hazırlaşır

Tarix: 13.07.2021 / 17:42  •   Oxundu: 186 dəfə  •  

Çin Tayvanın hava hücumdan müdafiə sistemlərini hərbi fəaliyyətlər zamanı aşkar etmək üçün Azərbaycan hərbçilərinin Qarabağdakı taktikasından istifadə etmək niyyətindədir.

İDEAL Media.az xəbər verir ki, bu məlumatı Hindistanın “Avrasian Tayms” qəzeti yayıb.

Qəzet Çin Hərbi Hava Qüvvələrinin Tayvan yaxınlığında keçirilən uçuşlarından bu qənaətə gəlməyin mümkün olduğunu bildirib.

Belə ki, Çinin təlimlərə özəlliklə köhəlmiş Chengdu J-7 təyyarələrini cəlb etdiyi vurğulanıb. Bu təyyarələrin 60-cı illərdə istehsal olunduğu və çoxdan silahlanmadan çıxarıldığı qeyd edilib.

Qeyd edək ki, Azərbaycan II Qarabağ döyüşlərində An-2 təyyarələrindən Ermənistan ordusunun hava hücumundan müdafiə sistemlərinin yerini aşkarlamaq və onları artilleriya ilə məhv etmək üçün istifadə etmişdi.