Ukraynalılar və ruslar eyni millət olsaydılar...
Tarix: 14.07.2021 / 09:31 •
Oxundu: 215 dəfə •
İyulun 12 də Rusiya Prezidenti Vladimir Putinin saytında "Ruslar və Ukraynalıların Tarixi Birliyi haqqında" məqaləsi Ukrayna və Rus dillərində yayımlanıb.
Ukrayna mətbuatı bu qənaətdədir ki, 5 min sözdən ibarət olan bu yazının müəllifi Putin özüdür.
Məqalədə Putin, Kiyev Rusunu, Xan Batının istilasını, Getman Boqdan Xmelnitskini, eləcə də digər tarixi şəxsiyyətləri və hadisələri xatırladıb, tarixin şərhini, müasir hadisələrə çatdığını bildirdi. Putin, Donbasdakı müharibə ilə əlaqədar olaraq yerli xalqlar haqqında qanunu "ixtilaf toxumu" adlandıraraq "Rusiya Federasiyası qardaş qanını dayandırmaq üçün hər şeyi etdi" deyir. Putin ukraynalıların, rusların eyni millət olduğunu da qeyd edib.
Ukrayna Prezidenti Vladimir Zelenski buna cavab olaraq bildirib ki, ukraynalılar və ruslar eyni millət olsaydılar, sarı-göy bayraq (Ukrayna bayrağı) Dövlət Dumasının üzərində dalğalanardı və Moskvada da rubl yox, çox güman ki, qrivna (Ukrayna pul vahidi) dövr edərdi. Nədənsə faşizm üzərindəki qələbə haqda danışanda, on minlərlə ukraynalının həlak olduğu İkinci Dünya Müharibəsi xatırlananda unuduluruq, amma diğər məqamlarda yada düşürük və qardaş xalq adlandırılırıq. Mənə elə gəlir ki, bu, daha çox Qabillə Habilin qardaşlığını xatırladan bir hekayədir...
Material dərc edildikdən sonra Ukrayna Prezident Aparatı rəhbərinin məsləhətçisi Mixail Podolyak belə qeyd edib: "Bu məqalədə əsas məsələ açıq şəkildə vurğulanıb: Rusiya Federasiyasında Ukraynanın nə olduğunu hələ başa düşməyiblər."