Bu gün:


İmran Xan Özbəkistana gəldi

Tarix: 15.07.2021 / 15:17  •   Oxundu: 105 dəfə  •  

Pakistanın Baş naziri İmran Xan Özbəkistana səfər edib.

İDEAL Media.az-ın Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, qardaş ölkənin Baş naziri İmran Xanın Özbəkistana səfəri iki gün davam edəcək.

Daşkənd Hava Limanında ali qonağı Özbəkistanın Baş naziri Abdulla Aripov qarşılayıb.

Qeyd edək ki, Özbəkistanda “Mərkəzi və Cənubi Asiya: Regional əlaqələr, çağırışlar və fürsətlər” adlı beynəlxalq sammit keçirilir.