Bu gün:


NAZİM İDEAL: Əli Hüseynov həmdə ləyaqətli vətəndaşdır!

Tarix: 21.07.2021 / 10:03  •   Oxundu: 219 dəfə  •  

Sübhdən gələn telefon zəngi qanımı qaraltdı.

-Salam!
-Bilmirəm, Sən Mənim dostumsan,ya düşmənim?
-Deyə bilmərəm,bunu Sizin dünya görüşünüz,intellektual səviyyəniz,hissləriniz doğru cavablandırar!
-Bu nə cür danışıqdır,Mənimlə danışırsan,götürüb İDEAL yazıb ki, "Ziyanın İradəsi".....(Ziya Məmmədov nəzərdə tutulur.)
-Belə bir yazı İDEALDA getməyib,Siz nə danışırsız?
-Nə bilim,belə deyirlər.......

Aradan 4 gün keçir və növbəti zəng !!!

-Salam,hardasan?
-Hava limanında 
-Bilmirəm Sən Mənim dostumsan,ya düşmənim???

İDEAL-da yazmısan ki,"Kürdlər Qəhrəman Xalqdır"!

-Nə zaman yazmışam ki?
-Bu gün!?
-Bu gün 17 Oktyabrdı və belə bir yazı Bizdə getməyib və mümkündə deyil.
-Demək istəyirsən ki,Mən yalan danışıram?
-Yox Sizə yalan informasiya verilir.
-Bu gün Kürdlər barəsində yazmamısan?
-Yazmışam.Lakin,belə bir cümlə yoxdur.Sizi aldadırlar.Nahaqdan qəh-in sözünə inanırsız....

Bir nəfəri göndərin Həsənov Əlinin qatıq-busqalter-pantalon-vazelin satılan "qəzet" köşklərindən İDEAL Qəzeti alsın və oxuyun....!

Sözlərim ağsaqqalı bərk əsəbləşdirmişdi və cavablarıma görə,hətta "ambulansa"da ehtiyac duyulmuşdu....

İDEAL Qəzetdə "Düşmən dostlar,dost düşmənlər" başlığı altda 20.000 işarəlik yazım getmişdi.

Yazıda  Türkiyə adından manipulyasiya edən tumanı düşük Yolçuqızıları və Azərbaycanın "siyasi fahişələrini" müqayisə etmişdim:

Məsələn,Kürd qızı Zilan bilə-bilə ki,APO uşaq və qoca qatilidir,buna görə Kremldə özünü yandırdı....

Kürd əsilli Ahmed Kayayı  Prezident Turqut Ozal ödülləndirir və böyür-başı təklif edir ki,tribunaya qalx, təşəkkür elə...

Sayın Ahmed Kaya tribunaya qalxır və təşəkkür etmədən, Kürd Xalq mahnısını Kürd dilində ifa edib, tədbiri tərk edir.....

Və.S....

Müqayisələrimin fonunda Xalq adından spekulyasiya edən "müxalifət" ayamalı 130 ədədin adını çəkərək,satqınçılıq deqenerasiyalığından bəhs etmişdim.

Bu cür rüsvaycı dezinformasiyalar bitib tükənmirdi....

Bir gündə qapançı elminin professoru Əli Sonalı hörmətli ağsaqqala bildirir ki, Nazim Quliyev TV-ki gözəgəlimli Xanımları şantaj-mantaj edir və...
Bu qədər pulun,hakimiyyət resurslarının fonunda Səadət Məmmədli əldən getmişdir...Nə isə...

Sözümün leytmotivi budur ki,30 yıldır ki,Azərbaycan Mediasında imic-reputasiya prodüserliyinə məhz əxlaqında,əqidəsində,vicdanında çox ciddi problemi olan nakəslər məsul edilmişlər.

Məhz bu səbəbdəndə "Media"nın min adaxlısı,milyon şübhəli növbəsini gözləyən talibi var...

Media sferasını inhisarında saxlamaq iddiasında olan hörmətli klan üzvülərinin diqqət və nəzərinə:

Uzun illərdir ki,hökumətin belə tərəqqi,əməkdar və.s,stiqması ilə ödülləndirilənləri  Məndən ötrü de-fakto,de-yure tualet kağızından da əskik və əskik əşyalardır.

Doğru bildiyimi heç kəsə güzəşt getmərəm.

Fərari-fahişə-əqidəsiz-mənliksiz-mənəviyyatsız-satqın-namus alverçisi Mənə hansı şəkildə,formada nümunə ola bilər ki????

Bu ölkədə azda olsa ifadə və söz azadlığına,demokratiyaya görə həbs edilməyən, repressiyalara məruz qalmayan KƏS yoxdur!

Lakin, sonuna qədər özünü və sözünü tutan çox azdır və ən yaxşı halda yoxdur.

Lakin,amma,ancaq...., Mən Varam!

30 TOM "şəxsi iş" və Mənə qarşı sərgilənən inkvizisiyaların-repressiyaların fonundan asılı olmayaraq, bir daha bəyan edirəm: Qorxuda bilməz hədələr Məni, sındıra bilməz gədalar Məni...

Zindanda olduğum uzun illər ərzində bu və ya digər formada səhvə,yanlışlığa və.s, imkan vermişəmsə buyursunlar!

Necə ki, Mən heç bir anti-tezis hazırlamadan, mübaliğəyə yol vermədən hər kəsi öz adıyla bəyan edirəm!

Hətta hökumətin ballistikasını təşkil edənin hafizəsini alnındakı çapığın annotasiyası və Penitensiarın arxivləri üzrə ratifikasiya edərəm!

Siyasi Partiyalarla hər şey məlum: "Ölülər dirilərə nümunə və yaxudda dilsiz şeytanlıq yaşamağın rəhnidir..."

Media sferası qapançı Əlidən sonra kimin kurasiyasına verilibsə anlaşılmır!

Yuxarıda qeyd etdiyim kimi,Media geniş sferadan yanaşılası və çoox ciddi bir təsisatdır.

Azərbaycanda belə olmasada, dünya çapında dövləti idarəetmə sırf MEDİA-nın ictimai rəyə təsirilə nizamlanır!!

Dəqiq deyə bilmirəm bu sahə kimin kurasiyasındadır?!

Hikmət Hacıyev, Altay Həsənov, Zeynal Nağdəliyev!!!???

Əgər doğrudanda Prezident İlham Əliyevə xidmət və ya sədaqət göstərmək niyyətdənizsə, autentik olaraq,Əli Həsənov-Vüqar Səfərli-Əflatın Amaşov cinayətlərinə hüquqi qiymətin verilməsi üzrə ədalətli,diskriminasiyasız mövqeyinizi ortaya qoyun və ya sərgiləyin!

Düşündüyüm və bildiyim qədər SİZ Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban Xanım Əliyevaya sədaqətli və sadiqsiniz!

Və inana bilmərəm ki, SİZ Qalinayanlı Ramizin getdiyi şərəfsiz yolu təmir etdirəsiniz!

R.Mehdiyev bütün ölkəni Dövlətdən narazı salmağın siyasi trayektoriyasını kommunist nommenklaturasından qalma çox aşağı səviyyədə repressiv nümayiş etdirdi və onun törətdikləri cinayətlərin iyi və qoxusu günbəgün açığa yayılmaqdadır.

Zəif  "kişi" güclü qadından qorxub qurtuluş yolu kimi ünvanına nəlayiq ssenarilər quraşdırdığı kimi, genetik kodunda yüyənsizlik metastaz vermiş sürüşkənlərdə ana-nənəsinin gəzdiyi ağacların budaqlarını silkələməkdən ötrü "feminist-azadlıq quşu" olmaq amacıyla boşanmaya üstünlük verirlər!

Rezume: Hörmətli və Dəyərli Dostlar!

Biz dostluğa,çörəyə sonsuza qədər dəyər veririk və sadiqik!

Prezident İlham Əliyev, Birinci Vitse-Prezident Mehriban Xanım Əliyeva Valideyinlərimə olan böyük hörmət və sayğıdan dolayı Ramiz Mehdiyevin,Zakir Qaralovun sayğısızlıqlarına baxmayaraq, Biz itirən tərəf deyilik !

Və Mən girovluqda olarkən,tumanı düşük fahişənin sevincək, Mənim toyum elan edib,Milli Məclisin birinci Vitse-Spikeri hörmətli və dəyərli Qardaşım Əli Hüseynovun üzərinə atmaq istədiyi çamur,arzuladığı lakin həyata keçirə bilmədiyi yataq həsrətindən başqa heç nəyi ifadə etmir!

O,Mənim toyum deyil !?

Mənim tanıdığım Əli Hüseynov Dövlətini,Xalqını,Prezidentini,dostlarını ölümünədək sevən Ləyaqətli Vətəndaşdlr!

Onunla heç bir əlaqəm olmasada, Qardaşımdlr,Doğmamdır,Əzizimdir !

Çün ki,Əli Məhəmməd oğlu Hüseynov Dövlətini-Xalqını   17 yaşında sevdiyi kimi sevir!

Prezidentinə sadiqdir, Millət Vəkili adına haqq edən ən ləyaqətli DEPUTATDIR!