Bu gün:


Ermənistan NATO-nun təlimlərinə qatılmayacaq

Tarix: 21.07.2021 / 15:45  •   Oxundu: 113 dəfə  •  

Ermənistan hərbçiləri NATO-nun Gürcüstanda keçiriləcək “Agile Spirit 2021” (“Çevik ruh 2021”) adlı təlimlərində iştirak etməyəcək.
 
Bu barədə Ermənistan Müdafiə Nazirliyindən “Sputnik Armeniya”ya bildiriblər.
 
Məlumata görə, sayca 10-cu çoxmillətli təlim iyulun 26-dan avqustun 6-dək keçiriləcək. Tədbirdə ABŞ, Gürcüstan, Türkiyə, Azərbaycanla yanaşı NATO-ya üzv 13 ölkə də iştirak edəcək.
 
Qeyd edək ki, Ermənistan hərbçiləri ötən illərdə belə təlimlərdə dəfələrlə iştirak edib.