Bu gün:


Azərbaycanda dəhşətli hadisə

Tarix: 22.07.2021 / 10:10  •   Oxundu: 227 dəfə  •  

Şirvan şəhəri Heydər Əliyev prospektində yerləşən "köhnə çörəkbişirmə" zavodunun həyətində yüksək gərginlikli elektrik enerjisi qutusuna düşərək yanmış kişi meyiti aşkar edilib.

İDEAL Media.az-ın məlumatına görə, tanınmaz halda aşkar edilən meyitin kimə məxsus olduğu hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Meyit müayinə olunmaq üçün Şirvan Şəhər Pataloji anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzinə yerləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.