Bu gün:


Moskvada qapalı görüş

Tarix: 28.07.2021 / 08:09  •   Oxundu: 86 dəfə  •  

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada Ermənistan müdafiə naziri vəzifəsini icra edən Arşak Karapetyanla görüşüb.
 
Bu barədə "İnterfaks" hərbi-diplomatik mənbələrə istinadla məlumat yayıb.
 
Bildirilir ki, Karapetyan iyulun 27-də səhər saatlarında Moskvaya gedib.
 
"Danışıqlar qapalı keçirilib. Bu səbəbdən mövzuları və təfərrüatları hələ məlum deyil", - mənbə vurğulayıb.
 
Qeyd olunur ki, dünən tərəflər arasında Cənubi Qafqazda təhlükəsizliyin təmin olunmasına həsr olunmuş telefon danışığı olub.