Bu gün:


Xaçatryan: “Gorbagor” qayıtdı, yeni 10 noyabr hazırlanır

Tarix: 28.07.2021 / 13:29  •   Oxundu: 196 dəfə  •  

Ermənistan yeni 10 noyabra hazırlaşır.
 
İDEAL Media.az xəbər verir ki, bu barədə erməni analitik və jurnalist Georq Xaçatryan yazıb.
 
Onun sözlərinə görə, Ermənistanın “gorbagoru” - MN-in sabiq mətbuat katibi Artsrun Ovannisyanın bu gün yenidən peyda olması narahatedici amildir.
 
“Göründüyü kimi, yeni 10 noyabr hazırlanır. Amma bu, əsas deyil. Əsas odur ki, keçmiş hökumət nümayəndələri qayıtmasın. Bir neçə kilometr üçün vuruşmayan 100 kilometr üçün də mübarizəə aparmayacaq”, - o bildirib.