Nazim İdeal (Quliyev): Şərəfi itkin düşmüş adamlar,İnsanlıq normaları haqqında düşünə bilməzlər!
Tarix: 30.07.2021 / 20:37 •
Oxundu: 187 dəfə •
NİYƏ? intihar hadisələri artan xətt üzrə davam etdirilir?
NİYƏ? narkomanların sayı günbəgün artır?
NİYƏ? korrupsiya,rüşvətxorluqla aparılan "mübarizə" effekt vermir?
NİYƏ? Boşanmaların statistikası 95 faiz təşkil edir?
NİYƏ?.....
NİYƏ....
Bütün bu kimi ümummilli bəlalar bir-birilə bilavasitə əlaqəli olan və müalicəsi bu cür siyasətlə müsbət effekt verə bilməyən xərçənglərdir.
Çün ki, müalicə etməyə məsul edilmişin özü çürükdür,xəstədir və xəstəliyi sağalmazdır.
Əvvala ondan başlayaq ki,BİZ Azəri-Türklərik və mental dəyərlər xəstə ideologiyanın qəzəb vektorundan,situasiyanın ağırlığından asılı olmayaraq genetik kodlar səhv salınmamalıdır!
Genetik kodunu səhv salmayan,əsil-nəcabatının adına və şanına yaraşan həyat kredosu olan AİLƏLƏRİMİZ yetərincədir və bütün bunlara çox şükür!
İstər hökumət,istərsədə hökumətin noxtasını daşıyan QHT adlı iyrənc kayotalar ailələrin boşanmasında,əxlaqsızlığın harda gəldi performans göstərməsində maraqlıdır!
Birincisi Xalqın başının qarışması maraqlandırır və ölmüş eşşək qurddan qorxmaz prinsipini üstün tutur;
İkincisinin çörəyi məhz belələrindən çıxır!
Yaxşı kişi təkcə öz ailəsinə deyil,məhləsinə,millətinə cavabdehdir!
Həmin məhlədə baş verənlərin sənində ailənə dəxlisi var!
Millət olaraq ümumiyyətlə...
Bu məsələ barədə "sudba reşat edən" qaqaşlarla bir neçə dəfə "dərin" söhbətlərim olub və hər biri etiraf edib ki, düz birdir və yaxud da etiraf Vicdanın səsidir!
İndi keçək problemin qrant dəllalarına...
Ailə,Qadın Problemlərilə "məşğul" olan və yaxud da "maarifləndirmə" adı ilə fantastik qrant almış QHT-in banda başçıları kimlərdir?
Yüzünün içərisindən 2-in doğru-dürüst ailəsi varmı?
Bu yüyənsizlər, illər boyu analoqsuz hökumətimizə üst-üstə nə qədər fırladıblar!?
Bunların gördükləri "maarifləndirici"lik işlərinin nəticəsi niyə son anda tabutu uğur göstəricisi hesab edir?
Başlıcası ailə-münaqişə zəmnində yaranmış xoşagəlməz situasiada müraciət edilən məsul orqanlar Vətən-daşa "Mənə nə var?" deyəndə hisslərdən başqa müraciət ediləsi ünvan qalmır!
Heç bir Ləyaqətli və Qürurlu Vətəndaşı hansısada himayə edilən və calaqçılıq qabliyyəti oliqarx xoşqeyrət məə-mırr tərəfindən mükafatlandırılan QHT (qırıx həramxana tulası) rəhbərinin və yaxud da başqasının simulisiv,manipulisiv bəlağəti maraqlandırmır!
Kriminal-korrupsioner, namusu ilə alver edən məə-mırr-ın öz taxtı,öz qanunu,öz dövləti olduğu kimi,
sadə-halal və acı həyat yaşayan hər bir Vətəndaşında öz dəsti-xətti, həyat düzəni vardır!
Belə olmaz və bunun adı yaramazlıqdır.
Hər kəs layiq olduğu sahədə özünü sübut etməlidir.
Qaralama,şər-böhtan,saxtakarlıqlar gec ya tez bumeranq effekti yaşadır.
Özünüzə hesabat vermək instinkti varmı???
Varsa da düşünün,bu qədər kapitalın fonunda sizdə niyə alınmır?
Heç alınmayacaqda...
Çün ki, əxlaqdan məhrum siyasətdə bütün niyyətlər qısır qalmağa məhkumdur!
Zövqə uyğun şüursuz ev və vəhşi heyvanlar belə saxlanılır,əhliləşdirilir.
30 yıldır ki,xüsusilə "müxalifət" naxırından satın aldığınız bu ədədlərin boş-boşuna saxlayanın amacı nə???
İçindəki İnsanlığı çıxarıb atanlar,içində İnsanlıq yaşadanlara qarşı istənilən ləkəni atmağa müntəzir olsalarda....
Başlıcası şərəfi itkin düşən adamlar,İnsanlıq normaları haqqında düşünə bilməzlər!
