Bu gün:


Suqovuşana bayrağımızı sancan İlkinin toyu oldu

Tarix: 31.07.2021 / 10:07  •   Oxundu: 136 dəfə  •  

Suqovuşana bayrağımızı sancan qəhrəmanımız İlkin Fərzəliyev dünən subaylığın daşını atıb.

 İkinci Qarabağ döyüşçüsü toyun paytaxt restoranlarından birində məhdud sayda qonaq üçün keçirildiyini bildirib.
 
“Artıq 3 il idi ki, sevdiyim xanımla istəkli idim. Döyüşdən qayıdandan sonra nişanlandım, bir müddət sonra isə toyumuzu etmək qərarına gəldik. Toyu əvvəldən axıra qədər Babək Niftəliyev ifa etdi. Restorana Azərbaycanın dövlət himninin sədaları altında daxil olduq. Bir anlıq döyüş səhnəsi göz önümdə canlandı. Təbii ki, şəhidlərimizi də bir dəqiqəlik sükutla yad etdik. Daha sonra rəqqaslar bayrağımızla rəqs etdilər. Toyumda təhsil aldığım Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, müharibə illərində bizə maddi və mənəvi dəstək göstərmiş bir neçə qurumun nümayəndəsi də iştirak etdi”  - deyə o bildirib.