Bu gün:


Altun: Bu vəhşi qətliamı təbliğ etmək təxribatdır

Tarix: 31.07.2021 / 10:32  •   Oxundu: 82 dəfə  •  

Bu cinayətin, vəhşi qətliamın ideoloji motivlərlə törədildiyini təbliğ etmək tamamilə təxribatdır.

İDEAL Media.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun ötən gün Konyada bir ailənin 7 üzvünün silahla qətlə yetirilməsinə münasibət bildirərkən deyib.

Mediada və ictimaiyyətdə informasiya çirkinliyinə qarşı diqqətli olmağa çağıran Altun qeyd edib:
"Bu qəddar hadisədən istifadə edərək cəmiyyəti parçalamağa və insanları bir-birinə qarşı qoymağa çalışan məsuliyyətsiz şəxsləri təmkinli olmağa çağırırıq".