Bu gün:


Putin Ərdoğana zəng etdi: Yardıma davam edəcəyik

Tarix: 31.07.2021 / 14:18  •   Oxundu: 134 dəfə  •  

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

İDEAL Media.az xəbər verir ki, bu məlumatı Kremlin mətbuat xidməti yayıb.

Məlumata görə, telefon danışığında əsas müzakirə mövzusu Türkiyədəki meşə yanğınları olub. Putin telefon danışığı zamanı Türkiyəyə meşə yanğınları ilə mübarizədə hərtərəfli yardım göstərməyə davam edəcəklərini bildirib.