Taliban Əfqanıstanın Qəndəhar şəhərindəki hava limanına 3 mərmi atıb
Tarix: 02.08.2021 / 09:08 •
Oxundu: 174 dəfə •
Əfqanıstan: Taliban Qəndəhar hava limanını atəşə tutulub
Bazar günü gecə saatlarında Taliban döyüşçüləri Əfqanıstanın Qəndəhar şəhərindəki hava limanına 3 mərmi atıb. Onlardan ikisi uçuş zolağına ziyan vurub.
Ölkənin ən böyük şəhərlərindən birinin hava limanına edilən bütün uçuşlar ləğv edilib, əvvəllər hava yolu ilə ərzaq və döyüş sursatı alan hökumət qüvvələri hazırda təchizatsız qalıb.
Müxtəlif mənbələrə görə, Taliban hazırda Əfqanıstanın kənd ərazilərinin yarısından 85% -ə qədərini nəzarətdə saxlayır və ölkənin Qəndəhar, Herat və Hilmənd əyalətinin mərkəzi Laşkargah kimi böyük şəhərlərə qarşı hücumlarını gücləndirir.
Az əvvəl hökumət qüvvələri şəhərin özəl xəstəxanalarından birini bombalayıb, onların məlumatına görə, orada Taliban yaraqlıları burada müalicə olunurdu. Nəticədə bir nəfər ölüb, daha üç nəfər yaralanıb.