"KORVALOL" APTEKLƏRDƏN NİYƏ YIĞIŞDIRILIR?
Tarix: 02.08.2021 / 14:27 •
Oxundu: 248 dəfə •
Son günlər benzinin qalxması, kommunal xərclərin artması ilə bağlı cəmiyyətdə sosial narazlığın yüksəlməsi fonunda bəzi hüquqi şəxslər həmin artımları əllərində bayraq edib satdıqları məhsulların qiymətini qanunsuz artırmaqla istehlakçıların ciblərinə girirlər.
Belə hüquqi şəxslərdən biri apteklərdir. Redaksiyamıza daxil olan çoxsaylı müraciətlər əsasında ən çox şikayət gələn apteklərdən birinə, Leyla Şıxlinskaya klinikasının yanında yerləşən "Vahid" aptekə yaxınlaşırıq.
İçəri daxil olub əczaçıdan insan sağlamlığının ən təməl ehtiyacları üçün zəruri əhəmiyyət kəsb edən dərmanlardan birini, "Korvalol" istəyirik. Satıcı bizə bildirir ki, dövlət artıq bu dərmanları apreklərdən yığışdırıb. Sizə "Korvalol" lazımdırsa verə bilərəm. "Əlbəttə lazımdır" deyirik, "Amma axı bayaq dediniz ki, yoxdur?". Əczaçı cavabında deyir ki, bu dərmanı o özü satır, amma bir qədər baha qiymətə, 1 manata. Bir söz demədən pulu əczaçıya uzadırıq. Əczaçı dərmanı bizə çıxarıb təqdim edir.
Biz aptekdən ödəniş barədə çek istədikdə isə əzcazçı özündən çıxıb əsəbləşir. "Mən sizə tapılmayan dərman verirəm, siz isə məndən çek tələb edirsiniz, qaytarın dərmanı" - deyib üstümüzə çəmkirdi.
Biz əczaçıya irad tutduq ki, kassa çeki verməsəniz də, vergilər nazirliyinin fiskal kodu olan ödəniş qəbzi təqdim etməlisiniz. Özü də müştəri ilə belə kobud davranmaq olmaz. Əks halda biz şikayət etməli olacağıq. Bundan əlavə bizi jurnalist kimi bu hərəkətlərinizi ictimailəşdirmək üçün sizin və aptekin fotosunu çəkmək məcburiyyətində buraxırsınız.
Əczaçı isə özündən çıxaraq bizi hədələməyə başladı və çığıra-çığıra dedi ki, get hara şikayət edirsən et, bizim aptek belə işləyir. İstəyirsiniz ayaq üstə dayanıb şəklimi bir də elə çəkin.
Biz dərmanı geri qaytarıb kor-peşman aptekdən çıxdıq.
Gültəkin