Bu gün:


NAZİM İDEAL: Sən kimi aldadırsan ay şərəfsiz?

Tarix: 03.08.2021 / 08:37  •   Oxundu: 878 dəfə  •  

Sən özünü tanımırsanmı?

M.Ə.Rəsulzadəyə,H.B.Zərdabiyə..., sığınıb nələr etmədiniz?

İnsanlığın,Vicdanın,Namusun dibini sormadınızmı?

Xalqın adından çıxmadığınız,performans göstərmədiyiniz fənd qaldımı?

"Nüxalifət" adı altında hökumətlə fonoqramma oxuyan yüyənsiz pozuqların etmədiklərini etdiniz!

İstedadlı,mənəviyyatlı,ləyaqətli,cəsur İnsanlara çamur atdınız!

Bir zamanlar qarson xidməti göstərdiyiniz Ramiz Mehdiyevi,Əli Həsənovu söyürsünüz,təhqir edirsiniz!

Əslində onlardan sizin fərqiniz yoxdur.

Çün ki,yalan,talan,şər,böhtan üzərində qurulan həyat gec,ya tez deformasiyaya uğramağı labüddür!

Siyasi heç kimliklərini sosial media üzərində "qurmuş dissidentlər"in gücü və sosial bazası elə göstərdikləri qeybət vektoru qədərdir!

Əliyevlər hakimiyyətinə bir zamanlar universal ssenari üzrə "müxalif" olanlar baxın görün indi hardadır???

Prezident İlham Əliyev təkcə onları sındırmadı və həmdə əbədi stiqmaladı.

Əməkdar,şərəf,şöhrət,tərəqqi komponentlər üzrə!

Seçki saxtakarlıqlarından,anti-demokratiyadan,hüquqsuzluqlardan daha çox bəhs edən səllimi naxır hərdən disrəklənib YAP biçənəklərində örüşə buraxılan dubtatların tarixi keçmişsizliyinə baxsınlar!?

Bu ədədlər hardan,kimin kövşənindən qarnı üçün başqa pöhrəliyə üz tutub?!

İnanın ki,heç kəsi alçaltmaq,təhqir etmək fikrində deyiləm!

Sadəcə mənzərəni təsvir edirəm.....

Başqa bir məqam...

Kişlər guya ki,dissidentdir,mövcud ideologiyanı qəbullamır və rişxənd edir...

Bəs o zaman qəbul etmədiyin,satqın bildiyin şenokunda daxil olduğu kompetensiyada nə sülənirsən???

Özünə yol açırsan,ya sərfəli yengə axtarırsan???

İnanın ki,təkcə Mən deyil,özünə hörmət edən heç bir İnsan satqını,üzdənirağı sevməyib,sevməzdə...

5 gün düşürlər həbsə,gah rəisin dnivalnısı olurlar,gah "promzonda" əkin əkirlər,gah da...

Bir gün bütün bunlar heç bir anti-tezis hazırlamadan partniyorları,supnikləri qarışıq cəmiyyətə təqdim olunacaq!

Bizim Xalq üzdəniraqların qəhrəman kimi təqdim edildiyi  çetenin bleflərinə haqq etmir!

Bizim Xalq 20 Yanvar 1990-cı yılda əliyalın imperializmin üzərinə;

2020-ci yılda 44 gün ərzində 30 yıllıq həsrətə son verən;

TÜRK Qardaşlarının ürək sərinlənməsi naminə,özlərini şövq-təbii odun-alovun içərisinə atan Mərd-Cəsur-Qeyrətlidir!

Nəhayət, diplomsuz Eldənizin Polisə əl qaldırma kazusu barədə...

Çoxları Eldənizin həbs edilməsindən müjdə verir və yaxud da anonslayır!

Hər bir Eldənizin həbsi növbəti ifşanın başlanğıcıdır.

Eldəniz kimi yüzü hazırda həbsdədir.

Pulunu verib içəridə də başqa Polisi döyəcək,alçaldacaq və ətrafdakı məhkumlarda bir daha RƏY formalaşdırılacaq ki, "bu ölkədə qanun yoxdur."

Ən yaxşı islah etmə üsulu bu cür harın adamları ictimai işlərə məsul etmə üsuludur!

Xalqdan utanmağa üzü olmasada,övladlarından,ailəsindən utanar.

Nəhayət, bu günümüzün biabırçılığından yaxa qurtarmaq üçün keçmişdən sipər kimi istifadə etmək rəzalətdir!

VƏ nəhayət,hər bir kəs özü-özünə sual etməlidir:

Mən Kiməm?
Kimin Övladıyam?

Keçmişim,bu günüm harda başlayıb,harda bitir?

Savadım,qabliyyətim,mənəviyyatım,əqidəm harda başlayıb,harda bitir və bu filankəs barəsində söz deməyə mənəvi haqqım çatırmı?