Bu gün:


Paşinyanın gizli planı bəlli oldu

Tarix: 03.08.2021 / 10:34  •   Oxundu: 172 dəfə  •  

"Paşinyanın " yeni " statusundakı ilk səfəri böyük ehtimalla Rusiya Federasiyasına olacaq".

İDEAL Media.az xəbər verir ki, bu barədə "Fast" qəzeti yazıb. Nəşr qeyd edir ki, bu səfər çərçivəsində yeni üçtərəfli danışıqların başlanğıcı olacağı istisna edilmir. Məlumata görə, Paşinyan diaspor ermənilərinin ona olan inamını bərpa etmək ümidi ilə o səfəri kifayət qədər ciddi bir heyətin müşayiəti ilə etməyi planlaşdırır. Eyni zamanda, heyətə həmin səfərlər zamanı getdikləri ölkələrdə hər hansı bir məmurla görüşməyin yollarını tapması tapşırılıb.

Qeyd edək ki, bu il iyunun 20-də Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkilərdə Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası (71 deputat) qalib gəlib. Keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku 29 deputat, sabiq dövlət başçısı Serj Sarqsyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyanın “Şərəf duyuram” bloku 7 deputatla parlamentdə təmsil olunurlar.