Altun: “ABŞ-ın açıqlamasını dərin narahatlıqla qarşılayırıq”
Tarix: 04.08.2021 / 15:22 •
Oxundu: 106 dəfə •
“ABŞ-ın bəzi əfqanların Türkiyə də daxil olmaqla üçüncü ölkələr vasitəsi ilə ABŞ-a miqrasiya üçün müraciət edə biləcəkləri ilə bağlı açıqlamasını dərin narahatlıqla qarşılayırıq”.
Bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun deyib.
O, əlavə edib ki, Türkiyə heç kimin gözləmə otağı deyil və olmayacaq.
“Bölgəmizdəki şərtlər və ölkəmizin 4 milyondan çox qaçqına illərdir ev sahibliyi etdiyini nəzərə alaraq qaydasız köçü təşviq edəcək belə bir çağırış qəbuledilməzdir. Sərhədimizin təhlükəsizliyini qorumaq üçün var gücümüzlə çalışmağa davam edəcəyik”, - deyə Altun qeyd edib.