Makqreqor Nurməhəmmədovun uşaqlarını yemək istədiyini deyib
Tarix: 07.08.2021 / 09:04 •
Oxundu: 144 dəfə •
İrlandiyalı qarışıq üslublu döyüşçü (MMA) Konor Makqreqor rusiyalı idmançı, yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədova qarşı sərt danışıb. Belə ki, o, “Twitter” hesabından Nurməhəmmədovun uşaqlarını yemək istədiyini yazıb.
Bu barədə “Çempionat” xəbər verib.
Makqreqor Nurməhəmmədovun öz uşaqlarını, eləcə də həyat yoldaşını və anasını sonuncu dəfə nə vaxt gördüyünü soruşub.
“Dəyişiklik üçün uşaqlarınız və ailənizlə bir az vaxt keçirib adımı çəkməməyiniz necə olar?”, - deyə irland döyüşçü bildirib.
Qeyd edək ki, Nurməhəmmədov atası Abdulmanapın ölümü ilə bağlı Makqreqorun istehzalı tvitinə reaksiya verərək, onun sərxoş olanda belə paylaşımlar etdiyini, ayılandan sonra isə sildiyini bildirmişdi.
Hər şey isə Nurməhəmmədovun Makqreqora qalib gələn Dastin Poryeni təbriki ilə başlamışdı. Rusiyalı idmançı “yaxşılıq həmişə pisliyə qalib gəlir”, - deyə Poryeyə tvit atmışdı. Bundan iki həftə sonra irlandiyalı idmançı ona belə cavab vermişdi: “Deməli, kovid yaxşıdır, ata pisdir?”
Xatırladaq ki, Həbib Nurməhəmmədovun atası Abdulmanap 2020-ci ilin iyulunda koronovirusun yaratdığı fəsaddan vəfat edib.