Yanğınsöndürənlərimizi aşağılayan türk həkimə Fulya Öztürkdən sərt cavab
Tarix: 07.08.2021 / 10:02 •
Oxundu: 344 dəfə •
Türk həkim Nüket Eroğlu Türkiyədə günlərdir ki, davam edən yanğınlarda çalışan yanğınsöndürənlərimiz haqqında xoşagəlməz sözlər işlədərək, onların əməyini aşağılayıb.
İDEAL Media.az xəbər verir ki, yuxarıda adı çəkilən həkimə jurnalist Fulya Öztürk özünün " Fulya ilə Umudun olsun" verilişində sərt cavab verib. O, əvvəlcə yanğınsöndürənlərimizlə bağlı xüsusi bir reportaj yayımlayıb. Bundan sonra isə Fulya həmin həkimi sözlərinə görə sərt tənqid edib. Öztürk onun tarixi bilmədiyini, cahil olduğunu deyib:
"Cahilsən. Mustafa kamal Atatürkün bir sözü var: Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Əgər bilmirsənsə, mən sənə tarixi öyrədim. Biz Azərbaycanın ən pis günündə yanlarında idik, onlar da bizim ən pis günümüzdə yanımızdadırlar."