Bu gün:


700 mindən çox insan içkidən xərçəngə tutuldu

Tarix: 08.08.2021 / 12:13  •   Oxundu: 157 dəfə  •  

Ötən il spirtli içkidən istifadə 700 mindən çox xərçəng xəstəliyinə səbəb olub.
 
“The Lancet” tibb jurnalında dərc olunan məlumata görə, elmi araşdırma zamanı spirtli içki istifadəsinin 2020-ci ildə 700 mindən çox insanın yemək borusu, yoğun bağırsaq, qaraciyər və məmə xərçənginə tutulmasına gətirib çıxardığı üzə çıxıb.
 
 Araşdırmada az miqdarda spirtin belə xərçəng riski yaratdığı qeyd olunub.
 
İçki səbəbindən xərçəngə düçar olanların çoxu Şərqi Asiya, Orta və Şərqi Avropa ölkələrində, ən azı isə Şimali Afrika və Qərbi Asiyadadır.