Bu gün:


Türkiyədə hava limanı yaxınlığında yanğın meydana gəlib

Tarix: 08.08.2021 / 17:55  •   Oxundu: 101 dəfə  •  

Türkiyədə Dalaman hava limanı yaxınlığında yeni meşə yanğını ocağı meydana gəlib.
 
Bu barədə TRT məlumat yayıb.
 
Məlumata görə, Muğla vilayətindəki şəhər aeroportunun uçuş-eniş zolağından 400-500 metr məsafədə yerləşən meşə zolağında baş verən yanğın hava limanının fəaliyyətinə təsir etməyib.
 
Hazırda yanğının lokallaşdırılması üçün qurudan və havadan müvafiq fəaliyyət həyata keçirilir.