Bu gün:


Lukaşenko Prezidentlikdən tezliklə istefa verəcəyini elan etdi

Tarix: 09.08.2021 / 17:15  •   Oxundu: 102 dəfə  •  

Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda dövlət başçısı postundan gedəcəyini açıqlayıb.
 
O, bunu jurnalistlər, ictimaiyyət nümayəndələri, ekspert və media ictimaiyyəti ilə “ Prezidentlə böyük söhbət” adlı görüşü zamanı elan edib.
 
Eyni zamanda, Lukaşenko vəzifəsindən tam olaraq nə vaxt ayrılacağını təxmin etməməyə çağırıb. "Çox tezliklə"- deyib.
 
Bununla bərabər, Belarus lideri, kimin prezident olacaq qərarını ölkə vətəndaşları həll edəcəyini qeyd edərək, mümkün varisinin adını çəkməkdən imtina edib. "Belarus xalqı kimi prezident seçər, o da olar"-deyib.