Sumqayıtın səhiyyəsi xəstə....
Gələcəyin cəsur döyüşçüsü Ricay Novruzovun anası Novruzova Ləman Yasin qızı müvafiq dövlət qurumlarına, eyni zamada “İdeal” Media Groupuna müraciət etmişdir. Müraciətin leytmotivini qısaca olaraq diqqətinizə çatdırırıq:
24 sentyabr 2020-ci il tarixdə doğuş başa çatsa da, ana Ləman Novruzovaya qarşı tətbiq edilən qeyri-peşəkar müdaxilə nəticəsində fəsadların iztirab törətməsi, digər tərəfdən qanundankənar olaraq doğuş üçün alınmış 400 manat rüşvət tendensiyası.
Qanundankənar proseslərin əsas moderatoru Sumqayıt şəhəri 1 saylı doğum evinin həkimi Məmmədova Əminə Vəli qızına müraciət etdik. Etdiyimiz suallara cavab verməkdə aciz qalan Əminə Məmmədova telefonun dəstəyini yanındakı şəxsə verdi. Yanındakı şəxs nə özünü, nə peşəsini təqdim etmədən anti-təkamül dövrü yaşayan məmurlar kimi cavab verdi: “Şikayətçi niyə bizə müraciət etmir, Sizə edir?”
Bax bu, gözəl sualdır. Səbəbini, özünü, soyadını, peşəsini tanımayan, tanıyırsa, ifadə etməkdə acizlik çəkən mamaça-həkimin köməkçisi şəxsin diqqətiniə çatdırırıq.
Bilinsin ki, jurnalist qanunları beynəlxalq qanunlarla tənzimlənir. Peşəsindən, statusundan asılı olmayaraq hər kəs jurnalistin sorğusuna vaxtında və obyektiv cavab verməyə borcludur. Nə edək ki, Azərbaycan mətbuatı torpaqlarımız kimi illərdir ki, qapançı təfəkkürlü satqın birisinin dekorasiyalarının əlində vassala çevrilib.
Söhbət aşkar faktdan gedir. Söhbət zərərçəkmiş şəxs Ləman Novruzovadan gedir, ona dəymiş maddi və mənəvi ziyandan gedir. Hər bir şəxs kimi də Ləman Novruzovanın da Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş 12, 24, 25, 27, 31, 32, 41-ci maddələri tanınır. Hansısa bir ağxalatlı qəssaba qanun haqq vermir ki, o, əlinin altına saldığı şəxsin uyğun olmayan yerini kəsib doğrasın. Bir halda ki, bu ölkədə bütün uyğunsuzluqlar rüşvətin əhatə dairəsindədir, o zaman mamaça-həkim aldığı rüşvətə uyğun davranmalı idi.
Rüşvətxor məmurların xalqımıza tutduğu divandan asılı olmayaraq bu gün ön cərgədə vuruşan əsgərlərin demək olar ki, hamısı məhz Ləman Novruzova kimi, Ləman Novruzova statusunda olan xanımların övladlarıdır. Eyni zamanda Əminə kimi həkimlərin sayəsində Azərbaycan vətəndaşları öz xəstələrini İrana, Türkiyəyə, Gürcüstana və digər xarici ölkələrə daşımağa məhkum edilmişlər.
1 saylı doğum evində vətəndaşdan doğuş üçün tələb olunan 400 manatın Səhiyyə Nazirliyinə nə dərəcədə aidiyyatı olub-olmaması məqsədilə nazir Oqtay Şirəliyevin münasibətini öyrənməyə çalışacağıq. Əgər tapa bilsək.
Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edir.