“Instagram”dan yeni funksiya
Tarix: 12.08.2021 / 08:27 •
Oxundu: 93 dəfə •
“Instagram” istifadəçilərin aqressiv davranışlarına qarşı mübarizə tədbirləri çərçivəsində “Limits” adlı funksiyasını tətbiq edib.
İDEAL Media.az xəbər verir ki, bu funksiya səhifəyə abunə olmayan və yeni abunə olan hesablardan gələn şərhləri və birbaşa mesaj göndərmək üçün daxil olan sorğuları avtomatik şəkildə gizlədir.
Məlumata görə, yeni funksiya şəxslərin səhifələrindəki təhqiramiz ifadələrə qarşı mübarizə aparmaq üçündür.
İDEAL Media.az xəbər verir ki, bu funksiya səhifəyə abunə olmayan və yeni abunə olan hesablardan gələn şərhləri və birbaşa mesaj göndərmək üçün daxil olan sorğuları avtomatik şəkildə gizlədir.
