Bu gün:


Müqəddəs Kəbənin əksi “Ayfon-13”ün üzərinə nəqş edildi

Tarix: 13.08.2021 / 08:02  •   Oxundu: 146 dəfə  •  

Təqdim olunmuş “iPhone 13 Pro”-ların qiyməti 416 min rubldan(təxm. 9616 AZN) başlayır...
 
“Apple”  bu payız gələcək “iPhone 13”-ün təqdimatını keçirəcək. Amma artıq Rusiya brendi olan “Caviar” əsas auditoriyası dini istifadəçilər olacaq “iPhone 13 Pro” kolleksiyasını təqdim edib. 

Rusdilli İslam saytlarına istinadla xəbər verir ki, şirkətin veb-saytında açıqlanan məlumata görə, modifikasiya edilmiş smartfonlar üç dindən biri üçün stilizə edilib: pravoslavlıq, katoliklik və İslam.
 
Bu minvalla “iPhone St Peter`s Basilica” modelinin arxa qapağında Vatikandakı Müqəddəs Pyotr kilsəsinin görüntüsü yerləşdirilib. “iPhone Cathedral Of Christ The Savior” modelində Xilaskar Məsihin miniatür kilsəsi əks etdirilib. “İPhone Kaaba”nın  üzərində isə əsas müsəlman ziyarətgahı - müqəddəs Kəbənin əksini görə bilərsiniz.
 
Təqdim olunmuş “iPhone 13 Pro”-ların qiyməti 416 min rubldan(təxm. 9616 AZN) başlayır. Ən bahalı seçim - "pravoslav"dır ki,  qiymətləri 424 min rubldan(təxm. 9801 dollar) başlayır.