Bu gün:


“Taliban” Əfqanıstanın Laşqarqah şəhərini ələ keçirib

Tarix: 13.08.2021 / 08:21  •   Oxundu: 143 dəfə  •  

Radikal “Taliban” hərəkatının silahlıları Əfqanıstanın daha bir şəhərini ələ keçirib.
 
Bu barədə “Agency France Presse” məlumat yayıb.
 
Məlumata görə, silahlılar ölkənin cənubundakı Gülmənd əyalətinin inzibati mərkəzi Laşqarqah şəhərini qəsb ediblər.
 
Əfqanıstanın təhlükəsizlik orqanlarından bildirilib ki, “taliblər” hərbçilərin və dinc sakinlərin şəhərdən çıxmaları üçün 48 saatlıq atəşkəs rejimi tətbiq ediblər.
 
Öz növbəsində hərəkatın rəsmi nümayəndəsi Zabihulla Mücahid özünün tvitterdəki səhifəsində Herat, Qəndahar, Gülmənd və Badqisin “taliblər”in əlində olduğunu xəbər verib.
 
“Taliblər”in bəyanatına görə, əməliyyat zamanı qubernatorun ofisi, polisin binası və digər bölmələr ələ keçirilib. Qeyd edilir ki, hərbçilərdən bəziləri təslim olub, silahlı toqquşma zamanı həlak olan var.