Bu gün:


Hulusi Akardan Azərbaycana qələbə təbriki

Tarix: 10.11.2020 / 14:00  •   Oxundu: 59 dəfə  •  

30 ilə yaxındır işğal altında olan torpaqlarını geri almaq, Ermənistanın barbar hücumlarına son qoymaq üçün ədalətli mübarizə aparan və bu mübarizəni üzü ağ bitirən azərbaycanlı qardaşlarımızın qələbəsini təbrik edirik
"Asmedia.az"ın məlumatına görə, Türkiyə Müdafiə Naziri Hulusi Akar Qarabağda qələbə münasibəti ilə sosial şəbəkə üzərindən yaydığı paylaşımında belə yazıb. 
“İmzalanmış atəşkəs müqaviləsindəki şərtlərin yerinə yetirilməsi, işğal olunmuş bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlığın bərpası prosesində azərbaycanlı qardaşlarımızla bir olmağa davam edəcəyik”, -deyə o, əlavə edib.