Bu gün:


Angela Merkel vəzifəsindən ayrıldıqdan sonra ayda 15 min avro pensiya alacaq...

Tarix: 14.08.2021 / 09:10  •   Oxundu: 219 dəfə  •  

Almaniya kansleri Angela Merkel, vəzifəsindən ayrıldıqdan sonra ayda təxminən 15 min avro pensiya alacaq. Bu barədə "Deutsche Welle" nəşri yazır.
 
Vergi Ödəyiciləri Birliyindən verilən məlumata görə, bu məbləğ, siyasətçinin 1990-cı ildən Almaniyanın keçmiş kansleri Helmut Kolun hökumətində işləyərkən müntəzəm olaraq Bundestaq üzvü seçilməsini nəzərə alınmaqla təyin olunur. Həmçinin, Merkel təxminən 16 ildir kansler vəzifəsindədir.