Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məzuniyyəti zamanı ailəsi ilə birlikdə Ermənistan Respublikasının görməli yerləri ilə tanışlıqlarını davam etdirir.
İDEAL Media.az xəbər verir ki, “Armenpress”-in yazdığına görə, bu barədə Rusiya səfirliyinin “Facebook” səhifəsi məlumat yayıb.
Avqustun 12 -də S.Kopırkin və ailə üzvləri Armavir bölgəsinə səfər ediblər. Burada onlar Baqaran kəndindəki guya X əsrə aid “Müqəddəs Şuşanik” kilsəsi və guya VI əsrdə tikilmiş “Müqəddəs Üçlük” kilsəsi də daxil olmaqla bir çox görməli yerlərlə tanış olublar.
Səfər çərçivəsində Sergey Kopırkin Rusiya Federal Təhlükəsizlik Xidmətinin(FTX-“FSB”) Ermənistandakı Armavir sərhəd dəstəsini, keçid məntəqələrini və Ermənistan-Türkiyə sərhədindəki mövqeləri də ziyarət edib. Səfir Rusiya və Ermənistan sərhədçiləri ilə görüşüb, Ermənistan sərhədini qoruyarkən onların vəzifələri və birgə xidmətin şərtləri ilə tanış olub.