Bu gün:


“Mənim atam qəhrəmandır” silsilə tədbirinə şəhid anaları da qatılıb

Tarix: 14.08.2021 / 17:04  •   Oxundu: 123 dəfə  •  

Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, o cümlədən “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır” adlı silsilə layihənin növbəti tədbiri şəhid analarının iştirakı ilə həyata keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzindən start götürən tədbirdə şəhid övladları ekskursiya avtobuslarında şəhəri dolaşaraq “Zəfər marşı”nı ifa ediblər. Şəhid övladları öz atalarının, digər uşaqlar subay şəhidlərimizin, şəhid anaları isə öz övladlarının rəsmi həkk olunmuş və “Mənim qəhrəmanım” yazılı geyimlərdə tədbirə qatılıblar.

Tədbirin sonunda qəhrəman övladlarına “Xarı Bülbül” döş nişanı hədiyyə olunub.