Bu gün:


Boşanmaların sayında artım davam edir...

Tarix: 18.08.2021 / 10:23  •   Oxundu: 105 dəfə  •  

Bu ilin ilk altı ayı ərzində Azərbaycanda qeydə alınan nikah və boşanma hallarının sayı açıqlanıb.
 
Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, 2021-ci ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 23 231 nikaha daxilolma və 8 168 boşanma halı qeydə alınıb.
 
Əhalinin hər 1 000 nəfərinə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı 3,6-dan 4,7-yə, boşanmaların sayı isə 1,4-dən 1,6-ya qədər artıb.