Əfqan miqrantlar Parisdən çıxarılır
Tarix: 19.08.2021 / 11:02 •
Oxundu: 162 dəfə •
Fransa polisi Daxili İşlər Nazirliyinin əmri ilə 60-a qədər miqranta qarşı güc tətbiq edib.
Bu iddianı Fransada “Utopia56” qeyri-hökumət təşkilatı irəli sürüb və rəsmi tvitter hesabında insidentlə bağlı video paylaşıb.
Məlumata əsasən, Fransa polisi içərisində əfqanlar da olan 60-a yaxın miqrantı gözyaşardıcı qaz və dəyənəklərlə Paris şəhərindən çıxarıb.
Bildirilir ki, bu şəxslərə sığınacaq imkanı verilmir və onlar günlərlə, bəlkə də aylarla sığınacaq istəklərinin araşdırılmasını gözləyir. Həmçinin qeyd olunur ki, həmin miqrantların çadır və sığınacaq ehtiyaclarını dərnəklər qarşılayır.
Bildirilir ki, hər gecə təhlükəsizlik qüvvələri küçələrdə qalan insanlara qarşı gözyaşardıcı qazdan istifadə edir. Dünən gecə “Solidarite Migrants Wilson” dərnəyinin könüllüləri orada olması bunu etmələrinə mane olub. Bununla yanaşı, “Utopia56” avqustun 15-i polislərin hər axşam əfqan miqrantlara qarşı güc tətbiq etməsinin görüntülərini paylaşıb.