Bu gün:


Namik Ələskərov Türkiyə çempionatının ən dəyərli futbolçuları arasına düşdü

Tarix: 21.08.2021 / 09:11  •   Oxundu: 123 dəfə  •  

Futbol üzrə Türkiyə I liqasında 2021/2022 mövsümünün ən dəyərli futbolçularının siyahısı açıqlanıb.

İDEAL Media.az-ın məlumatına görə, ən bahalı "20-lik"də bir müddət öncə "Neftçi"ni "Bursaspor"a dəyişən Namik Ələskərov da yer alıb.

750 000 avro məbləğində qiymətləndirilən 26 yaşlı yarımmüdafiəçi 17-ci pillədə qərarlaşıb. Siyahıya Bursa təmsilçisinin ümumilikdə 6 oyunçusu düşüb.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la 2 illik müqavilə imzalayıb.