Bu gün:


General Melkonyan Azərbaycana hədə-qorxu gəldi

Tarix: 22.08.2021 / 10:13  •   Oxundu: 234 dəfə  •  

Erməni general Qaqik Melkonyan Azərbaycanın ünvanına hədə-qorxu dolu mesajlar səsləndirib.
 
O, deyib: "Biz istəyimizə çatmayana qədər Azərbaycanla müharibə dayanmayacaq."Bizim planlarımız var. Bu planlarımız reallaşmayana qədər Azərbaycanla müharibəmiz bitməyəcək. Biz Qarabağın bir hissəsini əldən vermişik. Yeni ordu formalaşdırmalı və savaşımızı davam etdirməliyik", - deyə Melkonyan bildirib.
 
"Azərbaycan düşünür ki, Ermənistan ondan qorxmalı, Qarabağı Azərbaycan tərkibində tanımalı və Zəngəzur dəhlizinə razılıq verməlidir. Bu isə reallıqdan uzaqdır", - deyə general bildirib.